Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
FİZİOLOJİ POZUNTULAR VƏ FİZİKİ AMİLLƏRLƏ ƏLAGƏDAR DAVRANIŞ SİNDROMLARI, 18…
-
18 yaşlı tələbə qız uşaqlıqdan “Barbi kuklasındakı kimi” bədən quruluşu arzulayırdı. Tətil üçün evlərinə gələrkən valideynləri qızlarını çox arıqlamış görmüşdülər. Onların sorğusuna cavab olaraq qız bildirmişdir ki, “o çox kökdür, daha bir neçə kiloqram arıqlamağa ehtiyacı var”. Tətil vaxtı gün ərzində yalnız bir dəfə salat və meyvələrlə qidalanırdı. Menstruasiyanın pozulmasına görə anasının müşaiəti ilə həkim-ginekoloqa müraciət etmişdir. Qızın boyunun 170sm, çəkisinin isə 49kq olması həkimin diqqətini cəlb etmişdir. Ehtimal olunan diaqnoz nevrotik anoreksiya
Model biznesində işləyən 27yaşlı kişi öz artıq çəkisindən və fiziki görünüşündən daimi narahatdır. Son bir il ərzində həftədə 2-3dəfə normadan artıq yəmək yeyirdi. Bundan sonra o özünü diskomfort hiss edir və süni yolla qusmağa məcbur edirdi. Bunu etdikdən sonra onda ruh düşkünlüyü və günahkarlıq hissi yaranırdı. Çox yeməyi kompensasiya etmək üçün o intensiv olaraq idmanla məşğul olur və ac qalırdı. Bu ona yaxşı bədən quruluşu saxlamağa kömək edirdi. Ehtimal olunan diaqnoz nevrotik bulimiya
46yaşlı kişidə bir neçə ay ərzində yuxu problemləri baş verirdi. Hər gecə 00.00da yatmağa gedir, uzun müddət çarpayısında fırlanır, sonra qısa vaxt ərzində yatır və gecə ərzində ən azı 3dəfə oyanırdı. Yatmamışdan qabaq bir stəkan süd içmək və 100-ə kimi saymaq ona kömək etmirdi. Yuxunun pis keyfiyyəti onun gündəlik fəaliyyətinə mənfi təsir göstərirdi. Ehtimal olunan diaqnozu göstərin:
qeyri-üzvi mənşəli yuxusuzluq
25yaşlı tibb bacısı 2ay ərzində gün ərzində güclü yuxululuq hiss edir. İşdə ən azı 1 saat yatmağa ehtiyac duyur. Ehtimal olunan diaqnozu göstərin:
) qeyri-üzvi mənşəli hipersomniya
22yaşlı kişi özünün qadın kimi qəbul edilməsini çox arzu edir. Bunun üçün o daima hormonal preparatlar qəbul edir və cinsini dəyişmək üçün əməliyyat olunmaq istəyir. Ehtimal olunan diaqnozu göstərin:
A) ) transseksualizm
Kişi seksual qadın partnyorunun qəribə davranışları barədə xəbər verib. Qadın ilk seksual kontaktdan “onu incitməyi”, “əl-qolunu bağlamağı” və ya “onu təhqir etməyi” xahiş edib. Qadında hansı pozuntu müşahidə edilir?
A) ) sadomazoxizm