obsessiv-kompulsiv pozuntu obyektiv olaraq az ehtimal olunan hadisələrin qarşısını almaq üçün stereotipik yerinə yetirilən və pasiyent tərəfindən mənasız hesab olunan hərəkətlər (rituallar)
vəsvəsə, təmizlik xəstəliyi, sofuluq olaraq, köhnə ədəbiyyatlarımızda isə Sarışan Hallar Nevrozu
1.stereotipik olaraq təkrar olunan xoşagəlməz fikirlər və hərəkətlər
2.ən azı bir fikir yaxud hərəkətə qarşı göstərilən nəticəsiz müqavimət
3.edilən hərəkətlər qənaətləndirmir
4.fikirlər və hərəkətlər disstresin mənbəyini təşkil edir, fəallığın enməsinə səbəb olur
Mikroblarla evim bulaşmasın deyə saatlarla evin künc bucaqlarını təmizləyir, əllərimi gün ərzində dəfələrlə yuyuram. Səhər saatlarında evdən çıxmaq üçün 1 saat vaxt lazımdır, çünki qazı bağladığımdan, işıqları söndürdüyümdən, pəncərələri bağladığımdan tam əmin ola bilmirəm, dəfələrcə yoxlayıram. Bəzən tam əmin olmaq üçün qazı təkrar yandırıb söndürürəm, ancaq bu bəs etmir, 5 dəfə, bəzən 7 dəfə təkrarlayıram