Xəstəliyin ağırlaşmaları hansı damarın okkluziyaya uğramasından asılıdır. Məsələn, orağabənzər eritrositlərin koronar damar mənfəzini tutması nəticəsində stenokardiya tutmaları, bəzən isə infarkt müşahidə edilir. Qaraciyər sinuslarının orağabənzər eritrositlərlə tutulması parenximada hipoksiyaya, nekroza, hətta sirroza gətirib çıxara bilər. Xəstəlik zamanı öd daşlarının (xolelitiaz) əmələ gəlməsi artır, bu, ödün tərkibində bilirubinin miqdarının, eləcə də onun suvaşqanlığının artması ilə izah olunur.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-