Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
QİDA BORUSUNUN YAD CİSİMLƏRİ image image - Coggle Diagram
QİDA BORUSUNUN YAD CİSİMLƏRİ
SƏBƏBLƏR
-
-
Gecə vaxtı çıxarılmayan diş protezləri yuxu zamanı sınaraq hissələri tənəffüs yollarına və qida borusuna düşə bilər.
Diş protezləri həmçinin epilepsiya və eklampsiya tutmaları zamanı sınaraq qida borusuna keçə və orada ilişib qala bilər.
-
-
YAD CİSİMLƏRİN NÖVLƏRİ
1) asanlıqla qida borusunda ilişib qalan və onu zədələyən kələ-kötür və ya kəsici səthə malik əşyalar;
-
3) deşici və kəsici yad cisimlər (iynə, sancaq, mismar, knopka, üzqırxanın ülgüc tiyəsi və s.)
YAD CİSİMLƏRİN YERİ
-
-
-
Udulmuş yad cisimlərin böyük əksəriyyəti mədə-bağırsaq sistemindən keçirlər, lakin bəzi hallarda onlar fizioloji və ya patoloji daralma zonalarında ilişib qalırlar.
Qida borusunda üç belə daralma vardır
-
KLİNİKASI
-
Əksər hallarda yad cismin ilişib qalma simptomları və ya qida borusunun zədələnməsi yad cismu udduqdan dərhal sonra başlayır.
boğulma, öskürmə, udqunma zamanı ağrı, disfagiya, qidanın requrgitasiyası, əksər hallarda qan qarışıq ağız suyunun axması
Qida borusunun yuxarı səviyyəli obstruksiyası zamanı xəstə qəbul etdiyi qidanı dərhal udqunmadan sonra qaytarır, aşağı səviyyəli obstruksiyalarda isə requrgitasiya bir neçə udma aktından sonra baş verir
AĞIRLAŞMALAR
Ən təhlükəli ağırlaşma, qida borusunda yad cismin ilişib qalmasından bir neçə gün sonra iri damarlardan qanaxmadır. Bu zaman xəstə bir neçə dəqiqə ərzində ölə bilər.
Yad cismin qida borusunda uzun müddət ilişib qalması zamanı - ezofagit, periezofagit, reaktiv paraezofagit və mediastinit
Qida borusu divarının perforasiyası zamanı - boynun, döş qəfəsinin və kürəkarası sahənin emfizeması ilə gedən divararalığının fleqmonası
Orta fizioloji daralma yerində ilişmiş yad cisimlərin törətdiyi gecikmiş perforasiyalar - ezofageo-traxeal və ya ezofageo-bronxial fistulaların əmələ gəlməsi və aspirasion bronxopnevmoniya ilə nəticələnə bilər.
DİAQNOSTİKASI
-
Rentgenoloji müayinə - rentgenokontrast yad cisimlərin birbaşa (rentgenokontrast yad cismin rentgenoloji şəkli) və dolayı (paraezofageal sahədə qazın toplanması, paravertebral sahənin genişlənməsi və s.) əlamətlər aşkar edilir.
Yad cisimlərin aşkar edilməsi və çıxarılmasında fibroezofaqoqastroskopiya mühüm rol oynayır və ona görə də qida borusunun yad cisminə şübhə ezofaqoskopiyanın icra edilməsinə göstərişdir.
MÜALİCƏ
Endoskopiya təcrübəli endoskopist tərəfindən aparıldıqda 98% hallarda yad cismi xaric etmək mümkün olur.
Endoskopla xaric edilə bilməyən rentgenokontrast hamar yad cisimlər Foley kateterinin köməyi ilə flüoroskopik nəzarət altında xaric edilə bilər.
Cərrahi müdaxilə adətən endoskopla böyük ölçülü yad cisimləri çıxarmaq mümkün olmadıqda, yad cisim qida borusunun divarına pərçimləndikdə və ya qida borusunda perforasiya olduqda icra edilir.
Qida borusunun aşağı sfinkteri səviyyəsində ilişib qalmış yad cisimlərin xaric edilməsi üçün qastrotomiya məqsədəuyğundur.
Yad cismin endoskopik yolla xaric edilməsi mümkün olmayan hallarda boyun, dorzal və ya transplevral ezofaqotomiya yolu ilə cərrahi xaric edilməsi göstərişdir.