Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
ƏMƏLİYYAT OLUNMUŞ MƏDƏNİN XƏSTƏLİKLƏRİ - Coggle Diagram
ƏMƏLİYYAT OLUNMUŞ MƏDƏNİN XƏSTƏLİKLƏRİ
Əməliyyat olunmuş mədənin xəstəlikləri cərrahi müdaxilə nəticəsində meydana çıxan patoloji vəziyyət olub, həzm orqanlarının anatomik-fizioloji münasibətlərinin dəyişməsi və həzm traktının digər daxili orqan və sistemlərlə neyrohumoral qarşılıqlı əlaqəsinin pozulması ilə xarakterizə olunur.
Funksional pozğunluqlar:
. dempinq-sindrom
hipoqlikemik sindrom
gətirici ilgəyin funksional sindromu
duodenoqastral reflüks – qastrit və reflüks-ezofagit
postqastrorezeksion və ya aqastral anemiya
Mədə və ya onun güdülünün üzvi xəstəlikləri
. deşilmiş xoranın közənməsindən sonra onun residivi
peptik xora və onun ağırlaşmaları
mədə güdülünün qastriti
mədə güdülünün xərçəngi
Mexaniki səbəbdən törənən pozğunluqlar
dolanbac
gətirici ilgəyin mexaniki sindromu
anastomozun daralması
digər səhvlərdən baş verən pozğunluqlar
bu təsnifat daha münasibdir
Postqastrorezeksion pozğunluqlar
Dempinq-sindrom
Hipoqlikemik sindrom
Gətirici ilgək sindromu
Anastomozun peptik xorası
Postqastrorezeksion anemiya
POZĞUNLUQLARIN SƏBƏBLƏRI
Mədə rezeksiyasından sonra
1) Mədənin bir hissəsinin rezeksiya olunması nəticəsində onun rezervuar funksiyasının itirilməsi ilə;
2) pilorik hissənin xaric edilməsi nəticəsində möhtəviyyatın mədə güdülündən onikibarmaq və ya acı bağırsağa sürətli evakuasiyası ilə;
3) onikibarmaq bağırsağın qidanın hərəkət yolundan kənarlaşdırılması və həzm prosesinin neyrohumoral tənzimlənməsində onun iştirakının azalması ilə (Bilrot-II üsulunda);
4) funksional və metabolik pozğunluqlarla
Qastroyeyunal anastomoz qoyulan xəstələrdə postqastrorezeksion sindromlar daha çox, qastroduodenal anastomoz qoyulanlarda isə nisbətən az rast gəlinir
Postvaqotomik sindrom
Disfagiya
Qastrostaz
Xoranın residivi
İshal
Dempinq-sindrom
Postvaqotomik simptormlara ən az hallarda proksimal selektiv vaqotomiyalar zamanı rast gəlinir.Çünki:
1) mədənin rezervuar funksiyası saxlanmış olur;
2) pilorik sfinkterin fəaliyyəti saxlanmış olur.
3) onikibarmaq bağırsaq həzm prosesində iştirak edir;
ROL OYNAYAN FİZİOLOJİ PROSESLƏR
1) Mədənin rezervuar xüsusiyyəti vardır və bir neçə dəqiqə ərzində qəbul edilmiş qida uzun müddət mədədə birincili həzmə, mexaniki və kimyəvi xırdalanmağa məruz qalır. Mədə şirəsi HCl hesabına bakterisid təsirə malkdir.
2) Qida onikibarmaq bağırsaqda pankreas şirəsi və ödün təsiri altında növbəti həzm prosesinə məruz qalır, ximusun pH-ı neytrala qədər yaxınlaşır (pH=6,0), osmolyarlığı isə plazmanın osmolyarlığına bərabərləşir.
3) Yuxarıda qeyd olunan proseslər nəticəsində nazik bağırsağın aşağı şöbələri qəbul edilən qidanın mexaniki, kimyəvi və osmotik təsirindən qorunur;
4) Nazik bağırsağın ilk 100 sm-i selektiv və maksimal sorulma zonasıdır. Burada karbohidratlar (100%), yağlar (90-95%), zülallar (80-90%), su və suda həll olan vitaminlər, kalsium, maqnezium, dəmir sorulur.
5) Mədə və onikibarmaq bağırsaq həzm traktının hormonal sisteminin vacib həlqəsidir.