Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
Ətrafların qan və limfa dövranının pozulması (venoz). - Coggle Diagram
Ətrafların qan və limfa dövranının pozulması (venoz).
Müayinə üsulları
Qeyri-invaziv:
Doppler dupleks müayinəsi
MR fleboqrafiya
İnvaziv:
Distal fleboqrafiya (ayaqdan
Proksimal fleboqrafiya (buddan)
Funksional-dinamik sınaqlar
Venoz sistem
Ətrafların venoz sistemi səthi (dərialtı) və dərin venalardan ibarətdir
Venoz qan axınının əsas yolu dərin venalardır
Aşağı ətraf venaların intima qatında xüsusi ciblər – klapanlar (qapaqlar) var
Əksər dərin venalar müvafiq arteriyalara paralel gedir və 2 damardan ibarət olur (1 arteriya = 2 vena)
Baldır əzələsi lifləri arasında venoz damarlar bir-biri ilə tor şəkilində birləşir. Bu torun bir tərəfi dərin, başqa tərəfi səthi venalarla birləşir (əzələ-venoz pompası)
Normada venoz qan səthi venalardan dərin venalara axır. Əks istiqamətdə axın patolojidir. Aşağı ətraflarda dərin və səthi venalar əsasən topuq nahiyəsində yerləşən kommunikant venalar vasitəsilə birləşir
Venoz sistemdə qan axınını təmin edən amillər:
Venoz qapaqlar
Əzələ-venoz pompası (baldır əzələləri)
Yanaşı arteriyaların vurğusu
Döş qəfəsində tənəffüs aktı zamanı yaranan mənfi təzyiq
Kəskin
Səthi və dərin venaların tromboflebiti və flebotrombozu
Etiologiya
Travma
Venadaxili inyeksiya
Yaxında yerləşən infeksiya ocağı
Qanın hiperkoaqulyasiyası
Venoz qan axının sürətinin azalması (oturaq rejim)
Klinik əlamətlər
Ətrafın şişməsi
Ağrı, diskomfort
Ağırlaşmalar:
Ağ ağrılı fleqmaziya (phlegmasia alba dolens) – qalça-bud venoz seqmentinin trombozu + arterial damarların spazmı - ətraf ağ mərmər rəngdədir, ağrı, ödem
Göy ağrılı fleqmaziya (phlegmasia coerulea dolens) – qalça-bud venoz seqmentinin trombozu, arterial qan axını normaldır. Ətraf kəskin şişir, göy rəngə çalır, dözülməz ağrı, dəridə suluqlar əmələ gəlir, venoz qanqrena inkişaf edir
Müalicəsi konservativdir
Antikoaqulyantlar
Trombolitiklər
Dezaqqreqantlar
Ağrıkəsicilər
Xronik
Posttromboflebitik sindrom
Patogenez
dərin venaların kəskin trombozundan sonra rekanalizasiya gedir, bu zaman trombla birgə qapaqlar da dağılır. Nəticədə qanın proksimal istiqamətdə axını çətinləşir, daimi venoz durğunluq əmələ gəlir. Həmçinin, qan dərin venalardan səthi venalara atılır və səthi venoz sistemdə də durğunluq baş verir, venalar varikoz genişlənir
Klinika:
baldırda, xüsusilə topuq nahiyəsində dəri qalınlaşır, hiperpiqmentasiya (qonur rəngi), hiperkeratoz, trofik xoralar əmələ gəlir (xronik venoz durğunluq və toxuma işemiyası nəticəsində). Xəstə ətrafda şişkinlik və ağrıdan əziyyət çəkir. Trofik xoralar çox gec sağalır
Müalicə
Konservativ:
Elastik kompressiya
Antikoaqulyantlar və dezaqqreqantlar
Flebotoniklər (detraleks)
Cərrahi:
Varikoz venaların xaric edilməsi
Komminukant venaların bağlanması (Linton və Felder əməliyyatları)
Trofik xoraların yerli müalicəsi
Aşağı ətrafların venalarının varikoz genişlənməsi
Dərialtı (böyük və kiçik) venalar varikoz genişlənir
Meyiltörədici amil: venoz damarların divarının anadangəlmə zəifliyi
Əmələgətirici amil: venoz damarlarda qan təzyiqin artması (uzun müddətli ayaq üstə durma, hamiləlik, ağır əşyaların daşınması)
Klinika: ağrı, şişkinlik, dərialtı toxumada xronik venoz durğunluq əlamətləri
Müalicə:
Konservativ (elastik kompressiya + flebotoniklər)
Cərrahi (Troyanov-Trendelenburq, Bebkok, Narat, Linton əməliyyatları)
Sklerozlaşdırıcı
Limfa dövranının pozulması
Birincili (anadangəlmə qüsurlar)
İkincili (limfa damarların və düyünlərin travma və cərrahi müdaxilə nəticəsində zədələnməsi, infeksion iltihab (qızılyel), şüa mülicəsi nəticəsində fibroz)
Klinika: ödem (fillik), ağrı az olur və ya olmur
Konservativ müalicə: massaj, elastik kompressiya
Cərrahi müalicə: limfo-venoz anastomozların qoyulması, dəri-dərialtı qatının plastikası