Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
Ağciyər və plevranın xəstəlikləri - Coggle Diagram
Ağciyər və plevranın xəstəlikləri
Pnevmoniya
Ağciyərin stafilokok destruksiyası
Ağciyərin bakterial destruksiyası nəticəsində gedən proses məhdudlaşırsa və kapsula ilə əhatə olunursa, abses əmələ gəlir. Məhdudlaşma baş vermirsə, qanqrena inkişaf edir.
Ağciyərin qanqrenası
Anatomik məlumatlar
Sağ ağciyərin 3 payı, 10 seqmenti var
Sol ağciyərin 2 payı, 9 seqmenti var
Hər iki ağciyər plevra ilə örtülmüşdür
Hər plevranın visseral (ağciyərlə bitişik) və
parietal (döş qəfəsinin daxili səthi ilə bitişik) səhifələri var
Plevra boşluğu hermetikdir, içində mənfi təzyiq var
Ağciyərin qan təchizatını kiçik qan dövranı (ağciyər arteriyası, oksigenləşməmiş qan) və böyük qan dövranı (bronxial arteriyalar) təşkil edir
Fizioloji məlumatlar
Ağciyərin funksiyaları:
Xarici tənəffüs (qazların diffuziya yolu ilə mübadiləsi)
Su mübadiləsi
Qanın pH-ın tənzimlənməsi
Immunokompetent funksiya
Plevranın funksiyası:
Ağciyərin hərəkəti zamanı sürtünmənin azalması
Plevra boşluğunda az miqdarda maye
“tər” şəkilində mövcuddur
Parietal plevra maye ifraz edir,
visseral plevra bu mayeni absorbsiya edir
Müayinə üsulları
Anamnez
Baxış
Palpasiya
Kontrastsız rentgenoloji müayinə
KT, MRT
USM (plevra boşluğunda maye)
Bronxoqrafiya (bronxoektazlar)
Bronxoskopiya
Radionuklid müayinə (Xe 133)
Videotorakoskopiya
Bəlğəmin mikroskopiyası və əkilməsi
Ağciyərin funksional sınaqları (spirometriya və başqaları)
Plevranın xronik empieması
8 həftə ərzində sağalmayan kəskin empiema xronik formaya keçir
Patogenez: ağciyərin üzərində visseral plevra qalınlaşır (şvartlar) və ağciyərin açılmasına əngəl törədir. Nəticədə plevra səhifələri daim aralı qalır və irinli proses davam edir
Müalicənin məqsədi – plevra səhifələrinin yapışması yolu ilə plevra boşluğunun ləğv edilməsidir
Cərrahi müdaxilə:
Şvartların videotorakoskopik kəsilməsi
Ağciyərin dekortikasiyası
Torakoplastika
Plevranın kəskin empieması
Plevranın empieması = irinli plevrit
Həmişə başqa xəstəliklərin (ağciyərin və qarın boşluğu üzvlərinin irinli xəstəlikləri) ağırlaşması kimi çıxış edir
Sərbəst və ya məhdudlaşmış olur
Bronxla və ya dəri ilə əlaqə yarada bilər
Klinika: döş qəfəsində ağrı, təngnəfəslik, qızdırma, SİRS
Diaqnostika: rentgenoloji üsullar, USM
Müalicə: mayenin xaric edilməsi (təkrari punksiya və ya drenaj), antibakterial terapiya, detoksikasiya, fizioterapiya
Cərrahi müalicə: plevra boşluğunda sekvestrin olması və ya bronx ilə əlaqəsi varsa aparılır
Eksudativ plevrit
Abses
Ağciyərin sistləri
Anadangəlmə və qazanılma olur
Solitar (təksaylı) və çoxsaylı olur
Qapalı və bronxla əlaqəli olur
Adətən simptomsuz keçir
Ağırlaşmalar:
Partlama və pnemotoraks
İrinləmə (absesləşmə)
Bronxla əlaqənin kəsilməsi (bronxun obturasiyası). Nəticədə sistdə maye və ya irin toplanır. Qapaqlı mexanizm hesabına sistə hava toplanarsa sistdaxili və plevradaxili təzyiq artır.
Bronxoektazlar