Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
Düz bağırsağın xəstəlikləri - Coggle Diagram
Düz bağırsağın xəstəlikləri
Anatomiyası
3 hissədən ibarətdir: rektosiqmoid hissə, ampula, anal kanal
Ampulanın selikli qişası ilə anal kanal arasında
Z-vari (dişli) xətt var
Bu xəttin üstündə anal sinuslar (columnae analis) var,
onların içində isə selik ifraz edən anal kriptalar var
Qan təchizatı: aşağı çöz və daxili qalça arteriya hesabınadır.
Venoz qanın qayıtması portal sistemə və aşağı boş venayadır
(təbii porto-kaval anastomoz)
Anal kanal spinal sinirlərlə innervasiya olunur
(hissəyat güclüdür)
Müayinə üsullar
Şikayətlər, anamnez
Baxış
Barmaqla müayinə
Anoskopiya
Rektoskopiya
Kolonoskopiya
Endoanal USM
KT, MRT
Babasil
Əmələ gəlmə səbəbləri:Birləşdirici toxumanın genetik zəif olması Kiçik çanaqda venoz durğunluq (oturaq həyat tərzi, xronik öskürək, qəbizlik, hamiləlik, alkoqol) Əsas qruplaşdığı nahiyələr: 3, 7 və 11 saat əqrəbi ilə
Təsnifat
: Daxili babasil
Xarici babasil
Kombinəolunmuş babasil
Əsas klinik əlamətlər
Qanaxma
Yad cismin hissiyatı
Perianal qaşınma
İnkişaf dərəcələri
I dərəcə - düyünlər Z-vari xəttdən aşağa düşmür
(konservativ müaclicə)
II dərəcə - düyünlər Z-vari xəttdən aşağa düşür və
özbaşına geri qayıdır (az travmatik müalicə)
III dərəcə - düyünlər özbaşına geri qayıtmır, xəstə onları
əllə yerinə salır (cərrahi əməliyyat)
IV dərəcə - düyünlər əllə yerinə salınandan
sonra dərhal yenə düşür (cərrahi əməliyyat)
Müalicə
Konservativ
Pəhriz, işlədicilər, venotoniklər (detraleks),
yerli məlhəmlər və şamlar
Aztravmatik
Skleroterapiya
Lateks halqalarla liqasiya
İnfraqırmızı fotokoaqulyasiya
Diatermokoaqulyasiya
Cərrahi
Milliqan-Morqan əməliyyatı
Ağırlaşmalar
Düyünlərin trombozu
Düyünlərin boğulması
Müalicə həm konservativ, həm operativ aparıla bilər
Anal çat
Arxa və ön komissurada yerləşir (saat 6 və 12)
Patogenez: travma (anal kanalının cızılması) – ağrı – sfinkterin spazmı – qan təchizatının pozulması – yaranın sağalmaması – ağrı
Əsas əlamət – güclü ağrı, az miqdarda qanaxma
Kəskin və xronik olur
Kron xəstəliyi və xərçəngdən fərqləndirilməlidir
Müacliə:
Konservativ (nitroqliserin, oturaq vannalar)
Recamier üsülu ilə divulsiya (95% effekt)
Qabriel əməliyyatı (xronik çatlarda
Paraproktit
Kəskin və xronik olur
Xronik paraproktitdə natamam və tam fistullar əmələ gəlir
İnfeksiya əsasən anal kriptlərdən keçir, nadir hallarda limfogen və travmatik yolla keçə bilər
Yerləşmə variantları:
Dərialtı
Selikaltı
İşiorektal
Pelviorektal
Retrorektal
Pararektal fisullar:
İntrasfinkter
Transsfinkter
Ekstrasfinkter
Klinika:
Kəskin paraproktit: ağrı, SİRS əlamətləri
Xronik paraproktit: residiv verən gedişat, fistulun xarici dəliyindən irin, nəcis və qazların xaric olması
Diaqnostika: baxış, palpasiya, endoanal USM
Müalicə: operativ
Pararektal absesin açılması və infeksiya qapısının (kripta) ləğv edilməsi
Ekstrasfinkter fistullarda liqatura üsulu
Düz bağırsağın sallanması (düşməsi)
Anal kanalının selikli qişasının sallanması
Anal kanalının sallanması (prolapsus ani)
Düz bağırsağın sallanması (prolapsus recti)
Anal kanalının və düz bağırsağın sallanması
(prolapsus ani et recti)
Əlamətlər: bağırsağın sallanması, anal sfinkterin çatmazlığı, ağrı, xoralaşma, qanaxma
Müalicə
Uşaqlarda konservativ
Böyüklərdə operativ
Zerinin-Kümmel əməliyyatı
Tirş əməliyyatı