Qalxanabənzər vəz-Tireoiditlər
Kəskin irinli tireoidit
Nadir rast gəlir
İrinli infiltrasiya və abesləşmə ilə inkişaf edir
Müalicə: antibiotikoterapiya, abseslərin açılması və drenləşdirilməsi.
Yarımkəskin tireoidit (De Kerven tireoiditi)
Virus infeksiyası ilə əlaqəsi var (qrip, qızılca, parotit)
Daha çox qadınlarda rast gəlir
Qalxanabənzər vəzidəki iltihabi dəyişikliklərə və tireositlərin zədələnməsi nəticəsində antigenin (tireoqlobulinin) qana keçməsinə cavab olaraq ikincili autoimmun proses inkişaf edir
Diaqnostikasında Krayl testindən istifadə olunur: 30-40 mq/sutka dozada prednizolonun qəbulu zamanı 24-72 saatdan sonra xəstənin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması.
Müalicə: qlyukokortikosteroidlər toksikoz zamanı beta-adrenoblokartorlar.
Proqnozu müsbətdir
Xaşimoto tireoiditi
Qadınlarda daha çox təsadüf olunur (40-50 yaşlarda)
Autoimmun mənşəli prosesdir
Atrofik və hipertrofik formada inkişaf edə bilər
Klinik olaraq əvvəl yünül dərəcəli tireotoksikoz,
sonra uzun müddət eutireoid vəziyyət,
daha sonra isə hipotireoz müşahidə olunur
Müalicə əsasən konservativdir (L-tiroksin)
Fibroz tireoidit (Ridel tireoiditi)
Nadir rast gəlir
Xəstyəlik qalxanabənzər vəzdə birləşdirici toxumanın artıb çoxalması və onun parenximasını əvəz etməsi ilə xarakterizə olunur .Vəzinin toxuması birləşdirici toxuma ilə əvəz olunur
Maliqnizasiya riski yüksəkdir, buna görə cərrahi yolla müalicə olunur
infeksiyanın hematogen , limfogen və ya kontakt yolu ilə vəzə daxil olması nəticəsində inkişaf edir.
Törədicisi əksər hallarda stafilokokk və streptokokklardır
Klinikası irinli iltihabi proseslərə xasdır (yüksək hərarət, boynun ön nahiyəsində şişkinlik, ağrı, hiperemiya, ağrının qulaq və ənsə nahiyəsinə irradiasiyası və s.)
Patoloji prosesə ətraf strukturlar – traxeya, qida borusu, damarlar, sinirlər, əzələlər cəlb olunur.
Klinik olaraq Vəzi daş möhkəmliyində, palpasiya zamanı ağrısız , az hərəkətli udqunma zamanı hərəkətsiz şişkinliklə xarakterizə olunur.
Xəstələrdə əvvəlcə eutireoid vəziyyət olur, lakin fibroz proses dərinləşdikcə hipotireoz inkişaf edir.
Diaqnostikasında USM + nazik iynə ilə biopsiya rol oynayır (sitoqrammada follikulyar epitel və kobud birləşdirici toxuma elementləri tapılır)
Müalicəsi: cərrahidir – tireoidektomiya icra edilir.
Bu xəstəlikdən əziyyət çəkənlərin əksər qohumlarında digər autoimmun xəstəliklər (miasteniya, revmatoid artrit və s) aşkar edilir
Histoloji müayinədə vəz toxumasında limfatik və plazmatik hüceyrələrin infiltrasiyası qeyd olunur.
Atrofik formada qalxanabənzər vəz palpasiya olunmaya bilər
Hipertrofik formada vəz böyümüş olur, konsistensiyası bərk, hamar və ya düyünlü səthə malik olur, ağrısızdır, ətraf toxumalarla bitişməmişdir və hərəkətlidir
Diaqnostikası: USM + nazik iynə ilə aspirasion biopsiya ilə aparılır
Laborator olaraq qanda tireoqlobulinə və ya tireoid peroksidazaya qarşı antitelin tapılması diaqnozu təsdiqləyir
TSH-ın səviyyəsi qandakı tireoid hormonların konsentrasiyasından asılı olaraq dəyişkəndir: tireotoksikoz zamanı onun səviyyəsi aşağı, eutireoid vəziyyətdə normal, hipotireoz zamanı isə yüksəlmiş olur
Əməliyyata göstərişlər:
konservativ müalicənin effektsizliyi
- vəzin həcminin böyüyərək qonşu orqanları sıxması
- tireoidektomiya
Erkən mərhələ kəskin tireodit kimi təzahür edir (EÇS-in yüksəlməsi, leykositoz, limfositoz və s)
Tireotoksikoz əlamətləri meydana çıxdıqda T3 və T4-ün səviyyəsi yüksəlir.