Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
Qida borusunun Divertikulları - Coggle Diagram
Qida borusunun Divertikulları
Pulsion (qida borusu daxili
təzyiqin artması hesabına) Adətən yalançı divertikullardır
Pulsion udlaq-qida borusu divertikul
(Zenker divertikulu)
Farinqoezofageal divertikul
M.thyropharyngeus və m.cricopharyngeus arasında çıxır
Klinik əlamətlər divertikulun ölçüsündən deyil,
m.cricopharyngeus-un funksiyasının pozulması dərəcəsindən asılıdır
Müalicə: əməliyyat (divertikulektomiya + krikofaringeal miotomiya)
Farinqoezofageal divertikul ilk dəfə 1769-cu ildə Ludlow tərəfindən «udlaqda formalaşan süni kisə» kimi qeyd edilmişdir
Ona Zenker-in adı autopsiya zamanı çoxlu sayda farinqoezofageal divertikul nümunələri topladığına görə 1878-ci ildən verilmişdir.
Farinqoezofageal divertikul ən çox rast gəlinən divertikul olub, adətən 60 yaşdan yuxarı xəstələrdə təsadüf edilir. Kişilərdə, qadınlara nisbətən 3 dəfə çox rast gəlinir
Zenker divertikulu udlağı daraldan aşağı əzələ ilə udlaq-qida borusu əzələsi və ya yuxarı ezofageal sfinkter arasında əmələ gəlir. Bu iki əzələ qrupu arasında potensial zəif zona vardır. Bu zona 1908-ci ildə onu təsvir edən alimin şərəfinə
Killian üçbucağ
ı adlanır. -
Udlaq və qida borusunun birləşdiyi yerdə
əmələ gəlir.
Udma zamanı meydana çıxan yüksək təzyiq nəticəsində selikli qişa və selikaltı qat Killian üçbucağından bayıra tərəf qabarır.Bəzən divertikul
Laymer üçbucağından
da inkişaf edə bilər Divertikulun girəcəyinin orta xətt üzrə yerləşməsinə baxmayaraq kisə adətən orta xəttdən bayır tərəfə meyl edərək sol paravertebral zonaya daxil olur.
Müasir cərrahi yanaşma
servikal miotomiya (farinqokrikoezofageal miotomiya), divertikulektomiyadan və ya divertikulopeksiyadan
ibarətdir.
Divertikulun ölçüsü 2-3 sm-dən böyük olmayan hallarda divertikulektomiya icra olunmaya bilər. Bu zaman yalnız servikal miotomiya icra edilməlidir.
Əgər divertikul miotomiyadan sonra itməyəcək qədər böyükdürsə, onda o dibi yuxarıya doğru çevrilərək sorulmayan saplarla prevertebral fassiyaya tikilə, yəni
divertikulopeksiya
icra edilə bilər
Pulsion epifrenal divertikul:
Ölçüsü 3 sm-dən azdırsa xüsusi müalicə tələb etmir
3 sm-dən çoxdursa operativdir (divertikulektomiya + ezofaqomiotomiya
Epifrenal (supradiafraqmal) divertikullar -
qida borusunun distal 10 sm-hissəsində əmələ gəlir
supradiafraqmal divertikul -
ayrılaraq boynundan kəsilir və əzələ tikilərək qida borusunun tamlığı bərpa olunur
. Sonra miotomiya qida borusunun divertikula münasibətdə əks tərəfində aparılır.
Bəzi müəlliflər divertukulektomiyadan sonra qida borusu üzərindəki kəsiyi diafraqmal və ya plevral loskutla bağlamağı məsləhət görürlər
Traksion (parabronxial ) ətraf mediastinal limfa düyünlərinin iltihabi proses nəticəsində qida borusuna bitişməsi və onun divarını bütövlükdə
zədələnmə zonasına doğru dartması
nəticəsində yaranır.
Adətən həqiqi divertikullardır
Traksion epibronxial divertikul
(xüsusi müalicə tələb etmir)
Epibronxial divertikul
qida borusunun orta 1/3-də
, adətən traxeya bifurkasiyası zonasında meydana çıxır.
qida borusunun yığılmaları zamanı bu bitişmələr onun divarını dartır (traksiya edir) və lokal divertikulun meydana çıxmasına gətirib çıxarır.*
ETİOPATOGENEZİ
İltihabi dəyişikliyə uğramış
limfa düyünləri ilə qida borusu arasında bitişmələr
in yaranması (Mediastinal limfadenit, xroniki mediastinit, plevrit zamanı rast gəlinir)
Qida borusunun hərəki pozğunluqları
-xəstələrdə yanaşı olaraq axalaziya, diffuz ezofageal spazm və ya digər qeyri-spesifik hərəki pozğunluqlara rast gəlinə bilər
KLINIK MƏNZƏRƏSI
Xəstəlik simptomsuz gedişə malik olur və adətən qida borusu mənşəli olmayan şikayətlərə görə müayinələr zamanı təsadüfən aşkar edilir
Əamətlər
disfagiya
retrosternal ağrılar
requrgitasiya
gəyirmə
epiqastral nahiyədə ağrılar
mədə qıcqırması
bədən çəkisinin azalması
Ağırlaşmalar
divertikulit
mediastinal abses
spontan cırılma
aspirasiya
ezofaqobronxial fistula
xərçəng
qanaxma
DIAQNOSTIKASI
Rentgenoloji müayinə
Bariumla kontrast ezofaqoqrafiya
qida borusunun manometriyası
ezofaqoskopiya
24 saatlıq pH-monitorinq
Qida borusunun divertikulu – qida borusu divarının qida borusu mənfəzi ilə əlaqəsi olan kisəşəkilli qabarmasına deyilir
Həqiqi divertikullar
normal qida borusunun bütün qatlarına—selikli, selikaltı
və əzələ qatlarına malik olur
Yalançı divertikullar
yalnız selikli qişa və selikaltı qata malik olur və bu qatların qida borusu divarının əzələ lifləri arasından bayıra qabarması nəticəsində əmələ gəlir