Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
Başın qapalı zədələnmələri - Coggle Diagram
Başın qapalı zədələnmələri
Başın yumşaq toxumalarının zədələnməsi
Kəllə sümüklərinin sınığı
Kəllə əsasının sınığı zamanı burundan və / və ya qulaq(lar)dan likvoreya müşahidə olunur
Ön kəllə çuxuruna yaxın sınıqlar zamanı göz yuvası ətrafına qansızma olur – “sürücü eynəyi” əlaməti
Baş beyinin zədələnmələri
Beyin silkələnməsi
Beyin toxumasında nöqtəvari qansızmalar olur
Klinik olaraq: huşun qısa müddətdə itməsi, retroqrad amneziya, urək bulanma, qusma, baş ağrısı
Müalicə: konservativ
Baş beyinin sıxılması
Səbəbi:əksər hallarda
hematomalar
(peridural, subdural, mədəciklər daxili, beyin toxumasının daxilinə) sümük qəlpələri
Klinik olaraq silkələnmə əlamətləri ilə başlaya bilər.
“İşıqlı dövr”ün olması mümkündür.
Nevroloji simptomatika sıxılmanın yerləşməsi və dərəcəsindən asılıdır (huşun pozulması, anizokoriya, reflekslərin zəifləməsi, parez, iflic)
Diaqnostika: KT, MRT
Müalicə: əsasən cərrahi
Beyin əzilməsi
Beyin toxuması dağılır və ya yumşalır
Klinik olaraq 3 dərəcə seçilir
Yüngül dərəcə: huşun itməsi 1 saata qədər olur, məhəlli innervasiya pozulur
Orta dərəcə: huşun itməsi bir neçə saat olur, ocaqlı nevroloji simptomatika var, bərpa oluna biləcək funksional pozulmalar qeyd olunur
Ağır dərəcə: huşun itməsi bir və ya bir neçə gün davam edir, həyati vacib mərkəzlərin pozulmaları qeyd olunur
Diaqnostika: KT, MRT, onurğa beyinin punksiyası
Müalicə: əsasən konservativ